Millimizin daha bir futbolçusu Polşa klubuna keçdi (VİDEO)

Millimizin daha bir futbolçusu Polşa klubuna keçdi (VİDEO)

Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Anton Krivotsyuk Polşanın "Visla" (Plotsk) komandasına keçib.

Aktual.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı müdafiəçi Plotsk təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasında 5 nömrəli forma ilə çıxış edəcək.

Daha əvvəl yığmanın hücumçusu Mahir Emreli Polşa "Legiya"sı ilə 3+1 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, Anton Krivotsyukun "Neftçi" ilə müqaviləsi cari mövsümün sonunda başa çatıb.
Xəbər 277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR