Millət vəkili Xocalı Parkının salınmasına başlanıldığı üçün Trabzona təşəkkür etdi

Millət vəkili Xocalı  Parkının salınmasına başlanıldığı üçün Trabzona təşəkkür etdi

Millət vəkili Q.Paşayeva Trabzon valisi ilə görüşdə Xocalı Orman Parkının salınmasına başlanıldığı üçün Trabzona təşəkkür edirik deyib.

Millət vəkili Q.Paşayevanın Trabzon valisi ilə görüşündə Qarabağ həqiqətlərinin bu bölgədə daha geniş yayılması ilə bağlı təklifləri dəstəklənib.
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Trabzon valisi Abdil Celil Öz ilə görüşüb. Millət vəkili Q.Paşayeva Trabzon valisi ilə görüşdə qardaş Türkiyədə terror aksiyaları və terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib və terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali Abdil Celil Öz Azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. Millət vəkili Q.Paşayeva Trabzon valisi ilə görüşdə Xocalı Orman Parkının salınmasına başlanıldığı üçün Trabzona təşəkkür edirik deyib. Fevral ayında Trabzonda Xocalı Soyrımı ilə bağlı konfransda çıxışım zamanı belə bir təkliflə çıxış edərək bu istiqamətdə Trabzonun addım atacağına inandığımı demişdim. Bu önəmli işi həyata keçirən bütün insanlara, əməyi keçəh hər kəsə təşəkkür edirik deyən millət vəkili Q.Paşayeva bu cür addımların dosta və düşmana bir məsaj olması ilə yanaşı böyüyən gənc nəsillərimiz üçün də önəmli olduğunu deyib. Xocalı Orman Parkında Ermənistanın törətdiyi soyqırım zamanı həyatını itirmiş 613 insanımızın hər birinin adına bir ağac əkilməsi düşüncəsi, bu həssaslıq üçün təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva qanları yerdə qalmayacaq, bunu törədən cinayətkarların ədalət qarşısında cavab verməsinə mütləq nail olmalıyıq deyib. Millət vəkili Trabzon valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycan bölgələri ilə Trabzon vilayəti arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində qədim Trabzonun da yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva Trabzon valisini ölkəmizə dəvət edib. Millət vəkili Q.Paşayeva görüşdə Trabzonda təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Onlar sizə əmanətdir deyən millət vəkilinə Trabzon valisi hər məsələdə tələbələrin ona müraciət edə biləcəyini və hər zaman əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib. Vali Abdil Celil Öz millət vəkili Q.Paşayevanın Trabzonda verdiyi konfransın çox önəmli olduğunu vurğulayaraq Trabzonda bu cür konfransların çoxalmasının əhəmiyyətini xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva Trabzonda yeni konfrans təklifini qəbul etdiyini və yaxın zamanlarda təkrar gələcəyini söyləyib.

Xəbər 647 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR