Millət vəkili avtoqəzada həlak olmuş keçmiş deputatın ailəsini ziyarət etdi - FOTO

Millət vəkili avtoqəzada həlak olmuş keçmiş deputatın ailəsini ziyarət etdi   - FOTO

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev 2013-cü ilin mart ayında Balakən ərazisində baş vermiş avto qəzada faciəli şəkildə dünyasını dəyişən 110 saylı Zaqatala seçki dairəsinin keçmiş deputatı Hikmət Atayevin ailəsinə baş çəkib.

Millət vəkili facebook səhifəsində foto paylaşaraq öz təəssüratlarını bu cür bölüşüb: “Gözəl həkim, yaxşı insan, dəyərli ziyalı…Bu günə qədər hamı Zaqatalada Hikmət müəllimi belə xatırlayır. Çünki bütün şüurlu fəaliyyəti boyunca insanların köməyinə çatıb, bacardığı qədər özünü dövlətə və dövlətçiliyə həsr edib, ziyansız, zəhmətkeş, alicənab biri olub. Evinə qəfil getdik. Qapını həyat yoldaşı açdı. Kiçik oğlu da yanında. Xanım işdən yeni gəlmişdi. Bir az da yorğun idi. Amma sevindi. Lap çox sevindi. Dərhal çay sürfrəsi açıb, mehribanca söhbətə başladı. Özünün məktəbdəki işindən, Bakıda yaşayan qızlarından, Tibb Universitetində oxuyan oğlundan, sonbeşiyindən və… bu xoşbəxt ailəni bir an içində sarsıdan o qorxunc faciədən danışdı. Dərhal da gözləri doldu… 

Mən o ailəyə təsəlli verə bilmədim.  Zatən mümkün olan bir şey deyil. Amma özümə verdim həmin təsəllini. İçim rahatladı, üzərimdən sanki böyük bir yük götürüldü, elə bil o evdən, Hikmət müəllimin  ruhundan mənəvi halallığı alıb çıxdım.

Qədər dediyin buymuş. Gerçəkdən. Aqibət ünvanımız yalnızca Tanrıya məlum. 

O Tanrının dərgahında yerin behişt olsun, əziz insan!”. 

Xəbər 1814 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR