Millət vəkili ABŞ və Meksikanın fəal xanımları ilə qadınlarımız arasında əməkdaşlığın genişləndirilməsindən danışıb

Millət vəkili ABŞ və Meksikanın fəal xanımları ilə qadınlarımız arasında əməkdaşlığın genişləndirilməsindən danışıb

Millət vəkili Q.Paşayeva ABŞ və Meksikanın fəal xanımları ilə qadınlarımız arasında əməkdaşlığın genişləndirilməsini müzakirə edib


ABŞ-ın " My Med Choices" şirkətinin təsisçisi və baş direktoru Mary Schreiber, "İntel" şirkətinin vitse-prezidenti Rosalind Hudnell və Meksikanın Peşəkar İşgüzar Qadınları Beynəlxalq Federasiyasının prezidenti Yasmin Darviç ilə görüşməkdən məmnunluğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın ABŞ və Meksika ilə münasibətlərin daha da genişlənməsinə böyük önəm verdiyini deyib. Millət vəkili Q.Paşayeva ABŞ-ın " My Med Choices" şirkətinin təsisçisi və baş direktoru Mary Schreiber, "İntel" şirkətinin vitse-prezidenti Rosalind Hudnell və Meksikanın Peşəkar İşgüzar Qadınları Beynəlxalq Federasiyasının prezidenti Yasmin Darviçə Azərbaycanla bağlı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı onlara 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib və fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva görüşün sonunda ABŞ-ın " My Med Choices" şirkətinin təsisçisi və baş direktoru Mary Schreiber, "İntel" şirkətinin vitse-prezidenti Rosalind Hudnell və Meksikanın Peşəkar İşgüzar qadınların Beynəlxalq Federasiyasının prezidenti Yasmin Darviçə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib və onları ölkəmizə dəvət edib.

 

 
Aktual.az
Xəbər 222 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR