Məzahir Pənahov: "Növbədənkənar parlament seçkilərinin təqvim planı hazırdır və bu gün təsdiqlənəcək”

Məzahir Pənahov:

"Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı təsdiq ediləcək”.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, təqvim planı artıq hazırdır: "Təqvim planı layihəsi mənim əlimdədir. Burada bütün məqam və müddəalar tam göstərilib. Hesab edirəm ki, dekabrın 8-də bizim təqvim planı dövri nəşrlərdə dərc olunduqdan sonra artıq rəsmi status alacaq. Bundan sonra da bütün fəaliyyətlər sistemli şəkildə həyata keçiriləcək”.
Xəbər 225 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR