Metroda qatarların hərəkətində gecikmə olub

Metroda qatarların hərəkətində gecikmə olub

Səhər saatlarında Bakıda metroda qatarların hərəkətində gecikmələr yaranıb.

Aktual.az  xəbər verir ki, məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, qatarların qrafikindəki gecikmələr və sərnişin sıxlığı depoda yaranmış texniki problemlə əlaqədar olub.
N.Paşayev deyib ki, səhər tezdən qatarların depodan xəttə qəbul edilməsində problem yaşandı: "Yəni, xəttə kifayət qədər qatar qəbul edə bilmədik. Ona görə də stansiyalarda sərnişin sıxlığı yarandı. Səhər saat 7-dən sonra artıq xəttə qatarların tam hərəkətini bərpa etdik. Buna baxmayaraq, sərnişin sıxlığı var idi".
Onun sözlərinə görə, hazırda qatarların qrafiki bərpa olunub, yaxın dəqiqələrdə stansiyalardakı sərnişin sıxlığı da tam aradan qaldırılacaq.

Aktual.az 
Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR