Metro keçidlərində aptek açılır

Metro keçidlərində aptek açılır

“Gənclik” metrostansiyasının keçidində aptek açılması üçün hazırlıq işləri gedir.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına deyib ki, daha bir neçə stansiya keçidində apteklərin açılması planlaşdırılır:
“Yaxın vaxtlarda “Nəriman Nərimanov”, “Gənclik” və “Koroğlu” stansiyalarının keçidlərində apteklər fəaliyyətə başlayacaq”.

Qurum rəsmisi keçidlərdə fəaliyyət göstərəcək apteklərdə satılacaq dərmanlara hər hansı məhdudiyyət qoyulub-qoyulmayacağına da aydınlıq gətirib:


“Aptekin fəaliyyəti üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə müqavilə bağlanır, lisenziyanı isə Səhiyyə Nazirliyi verir. Yəni, apteklərdə hansı dərmanların satılacağı, hansılara məhdudiyyət qoyulacağı bizim səlahiyyətimizdə deyil.

Yəqin ki, icazə verilən dərmanlar satılacaq”.

Xəbər 846 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR