"Mətbuatdan xahiş edirəm ki, hər məsələni bu qədər şişirtməsinlər" - Oqtay Əsədov


"Milli Məclisin Daxili Nizamnaməsinə əsasən bir ayda iki dəfə iclas keçirilə bilər. Əlavə iclasın keçirilməsi də parlamentin öz işidir. İclasın gündəliyində də 1, 5 və ya 25 məsələ də ola bilər. Ötən gün mətbuatda qeyd olunub ki, bu gün üçün parlamentin növbədənkənar, xüsusi iclası çağırılıb. Bu nə deməkdir?!"

Aktual.az-ın Report-a istinadən xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında parlament sədri Oqtay əsədov deyib.

Onun sözlərinə görə, növbədənkənar iclas o zaman ola bilər ki, sessiya iclasları tamamilə qapansın və bundan sonra yeni növbədənkənar iclas çağırılsın: "Bir çox qəzetlərdə isə "fövqəladə iclas" başlığı qoyublar. İnsanlar da elə başa düşəcək ki, aləm dağılır və xeyir ola birdən-birə belə iclas keçirirlər? Mətbuatdan xahiş edirəm ki, hər məsələni bu qədər şişirtməsinlər".

Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR