Məşhur aktyor oğulları ilə İstanbulda ölümdən qurtuldu - FOTO

Məşhur aktyor oğulları ilə İstanbulda ölümdən qurtuldu   - FOTO

Hindistanın ən məşhur aktyorlarından biri, 42 yaşlı Roşan Ritik İstanbuldakı Atatürk hava limanındakı teraktdan xoş təsadüf nəticəsində qurtulduğunu bəyan edib.


Milli.Az The Hindustan Times-a istinadən bildirir ki, Roşan Ritik İspaniyanın paytaxtı Madriddə istirahət edəndən sonra oğulları Hredhaan və Hrehaanla birlikdə Tanzaniyaya, Serengeti Milli parkına yollanmışdı.

O, Tanzaniyadan təyyarə ilə İstanbula üz tutmuşdu: Ritik oğulları ilə İstanbul-Dehli reysi vasitəsilə vətənə qayıdacaqdı.
Twitter-dəki akkauntunda məşhur aktyor İstanbuldakı teraktdan əvvəl yazıb: "Reysimizə gecikdim, İstanbulda aeroportda qaldım. 18 saat gözləməliydik. Amma növbəti reysə, ekonom-klassa bilet alıb daha tez uçdum".


İki saat sonra təyyarə yerə enəndə R.Ritik Atatürk hava limanındakı teraktdan xəbər tutub: "Bir neçə saat əvvəl İstanbuldakı hava limanının nəzakətli əməkdaşları bizə yardım etdilər. Şok xəbərlərdir. Günahsız insanlar həlak oldular. Terrorizmə qarşı mübarizədə birləşməliyik".

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR