Merkel Rusiyanı Postsovet ölkələrində sabitliyi pozmaqda ittiham edib

Merkel Rusiyanı Postsovet ölkələrində sabitliyi pozmaqda ittiham edib
  • DÜNYA

Rusiya SSRİ-nin bir çox keçmiş respublikalarında sabitliyi pozur.

"Report” "Deutsche Welle”yə istinadən xəbər verir ki, bunu cümə günü Almaniyanın kansleri Angela Merkel Litvanın Ukla şəhərinə yerləşdirilən alman hərbçiləri qarşısında çıxışı zamanı deyib.
"Biz görürük ki, mahiyyət etibarı ilə, demək olar ki, Avropa İttifaqı və NATO-ya daxil olmayan bütün keçmiş Sovet respublikaları Rusiyanın yaratdığı daxili münaqişələrlə üzləşirlər”, – deyə Almaniya hökumətinin rəhbəri bildirib.
O əlavə edib ki, bu gün bütün bu dövlətlər öz ərazi bütövlüklərini bərpa etməklə məşğuldurlar, çünki Rusiya ya onların ərazilərinin bir hissəsini əlindən alıb, ya da orada münaqişə ocağı yaradıb.
Kansler bu iddiaya misal olaraq Ukrayna, Gürcüstan, Ermənistan, Moldova və Azərbaycandakı vəziyyəti göstərib.
A.Merkel qeyd edib ki, Bundserverin NATO missiyası çərçivəsində Baltikyanı ölkələrdə yerləşən bölmələri Rusiyanın apardığı hibrid müharibəsinin qarşısını almaq üçün lazımdır. Bu müharibəyə kiberhücumlar daxildir.
Onun sözlərinə görə, Baltik ölkələri və Polşada rotasiya əsasında hazırda 4 min 500 nəfərdən çox NATO əsgər və zabiti var.


Aktual.az
Xəbər 203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR