ABŞ administrasiyası İranın ali lideri Müctəba Xameneinin sağ olduğunu ehtimal edir.
Aktual.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
"Bizdə bunun belə olduğunu göstərən məlumatlar var. İran tərəfi də bunu iddia edir. Əksini sübut edən fakt yoxdur”, - o bildirib.
Qeyd edək ki, İranın Məşhəd şəhərindəki xatirə divarında son müharibə zamanı ölən yüksək vəzifəli şəxslərin şəkilləri ilə yanaşı Müctəba Xameneinin də fotosunun əks olunması yeni ali liderin də öldüyü iddialarının yayılmasına səbəb olub.
Xəbər 48 dəfə oxunub.