Məhəmməd Əlinin dəfnində Ərdoğanın çıxışı ləğv edildi

Məhəmməd Əlinin dəfnində Ərdoğanın çıxışı ləğv edildi

Məhəmməd Əlinin dəfn mərasimində Türkiyə prezidenti ilə İordaniya Kralının çıxışları ləğv edilib

Ölkə.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əfsanəvi boksçunun dəfn mərasimində iştirak edəcək bir sıra tanınmış şəxslərlə yanaşı Türkiyə prezidenti R.T.Ərdoğan və İordaniya Kralı II Abdullanın da adı vardı.

Lakin bu gün mərhumun ailə üzvləri danışanların siyahısına iki nəfərin də adının əlavə olunduğunu əsas gətirərək proqrama dəyişiklik edildiyini, Ərdoğan və İordaniya Kralının çıxışlarının ləğv edildiyini bildiriblər.

Məhəmməd Əlinin ailəsi hər iki liderin bu xəbəri anlayış və nəzakətlə qarşıladıqlarına görə təşəkkür edib.

Məşhur boksçu iyunun 10-da son mənzilə yola salınacaq. Dəfn mərasiminə bir çox məşhur şəxslərin qatılması gözlənilir.

Xəbər 553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR