Mədəniyyət evi yandı Lerikdə

Mədəniyyət evi yandı  Lerikdə

Lerik rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Dəstər kəndində İcra Hakimiyyətinin balansında olan ümumi sahəsi 60 kv.m olan birmərtəbəli mədəniyyət evində baş verib.

Nəticədə evin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:10-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Aktual.az

Xəbər 850 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR