Məcburi köçkünlərlə bağlı YENİ QƏRAR

Məcburi köçkünlərlə bağlı   YENİ QƏRAR

Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında" qərar qəbul edib.

Aktual.az Report-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən  verilən məlumata görə, qərara əsasən, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti 2017-ci il yanvarın 1-dək uzadılır.

Qərarda aidiyyəti nazirliklərə, dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətinə müvafiq tədbirlərin görülməsinin daha da gücləndirilməsi barədə konkret tapşırıqlar verilib.

Xəbər 567 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR