Mbappe "Real"la müqavilə imzaladı

Mbappe

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe 2024-cü ilin fevral ayının ilk həftəsində İspaniya təmsilçisi "Real"la müqavilə imzalayıb.
Aktual.az"Marca”ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Madrid təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.
Keçidin Avro-2024-ün oyunlarından əvvəl rəsmən açıqlanacağı bildirilib.
Qeyd edək ki, Mbappe bu mövsüm çıxdığı 39 matçda 39 qol vurub, 8 məhsuldar ötürmə edib. Məşhur "Transfermarkt" portalı forvardın transfer qiymətini 180 milyon avro dəyərləndirir.
Xəbər 106 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR