“Maska satışına nəyə görə hansısa siyasi don geyindirmək lazım idi?”

“Maska satışına nəyə görə hansısa siyasi don geyindirmək lazım idi?”

Son zamanlar Almaniya mediasında Azərbaycana qarşı hücumlar təşkil olunur. Aktual.az xəbər verir ki, bununla bağlı REAL TV-yə açıqlama verən deputat Sevil Mikayılova bildirib ki, Almaniya mətbuatında Azərbaycana qarşı olan hücumlar fraqmental xarakter daşımır:

"Bunlar artıq kampaniyalaşma mərhələsinə daxil olublar. Almaniyada bəzi dairələr özlərinin təsiri altında olan qurumlardan digər dövlətlərə qarşı istifadə edərək Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılmasına nail olublar. Bunun əslində səbəbləri hamıya məlumdur. Almaniyanın özünün hər zaman Cənubi Qafqazda maraqları olub. Bu maraqların yolunda ona hansısa bir maneə törədən və yaxud real güc mərkəzinə çevrilməkdə olan qüvvələri uzaqlaşdırmaq, təzyiqlər göstərmək istəyir. Azərbaycan hər zaman beynəlxalq aləmin ləyaqətli üzvü kimi davranıb. Bu gün Azərbaycan regionun ən güclü dövlətidir. Nəzərə alsaq ki, Avropa Birliyi ilə Azərbaycanın münasibətlərində  Cənub Qaz dəhlizinin istifadəyə verilməsindən sonra tamamilə yeni bir səhifə açılıb. Bu gün Almaniyada Azərbaycanla əlaqələri olan və onun müsbət imicinin formalaşdırılması üçün sanki iş aparılan bir neçə Bundestaq üzvünün deputat mandatından məhrum edilməsi faktı ortalıqdadır. Sual yaranır ki, bəyəm Azərbaycanla dost münasibəti qurmaq bu qədərmi cinayət əməli sayılır?! Əlbəttə ki müəyyən ölkələrlə işləyən, dostluq qruplarına daxil olan, əməkdaşlıq edən qruplar var.  Bu nə üçün Almaniyanı  narahat edir?  Onlar maska təchizatı məsələsində Azərbaycana maska aparılmasını önə çəkiblər. Əslində bütün dünyanı bürüyən koronavirus pandemiyası dövründə dövlətlərə yardım etmək humanist bir ideyadır. Maska satışına nəyə görə hansısa siyasi don geyindirmək lazım idi? Eləcə də əsası olmayan korrupsiya əməllərinin olduğunu söyləyirlər.  Əgər belə  bir məsələ varsa, burada məhkəmənin qərarı olmalıdır. Almaniyada çoxlu sayda mətbu orqanlar var.  Onların səhifələrini vərəqləyib baxsaq, müxtəlif ölkələrin şirkətlərinin reklamlarını görə bilərik.  Bu açıq əməliyyatdır. Bunun nə üçün alt tərəflərini düşünmək lazımdır?

Belə çıxır ki, Almaniyada Azərbaycanın adını müsbət mənada çəkən şəxsin bu və ya digər  şəkildə yan münasibətləri mövcuddur. Bu cür absurd  addımlarla Almaniya ilk növbədə, özünün illər boyu formalaşdırmaq istədiyi demokratik imicini əslində ləkələyir. Bununla Almaniya əməkdaşlığa nə dərəcədə hazır olub olmadığını bütün dünya qarşısında sərgiləyir”.
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR