Masallıda üç qız itkin düşüb

Masallıda üç qız itkin düşüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub. 
Bu barədə Aktual.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, dərhal nazirliyin müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. 
Hazırda FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.
Xəbər 581 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR