Mark Zukerberqin Tvitter hesabı sındırıldı

Mark Zukerberqin Tvitter hesabı sındırıldı

Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqin Tvitter və Pinterest hesabları haker hücumuna məruz qalıb.

Aktual.az anspress-ə istinadən bildirir ki, hücuma görə məsuliyyəti "Ourmine" haker qrupu öz üzərinə götürüb. Hakerlər bəyan ediblər ki, onlar, həmçinin Zukerberqin İnstaqram və Linkedİn səhifələrini də sındırıblar. 

Hakerlərin sözlərinə görə, onlar Zukerberqin təhlükəsizlik sistemini yoxlayıblar və Facebook banisini onlarla əlaqə yaratmağa çağırıblar.

2012-ci ildə bəri yenilənməyən Zukerberqin Tvitter səhifəsində olan 1-2 status da silinib. 

Zukerberqin Pinterest səhifəsində isə "Ourmine qrupu tərəfindən sındırılıb" sözləri yazılıb.

Eyni zamanda, Zukerberqin İnstaqram səhifəsində sındırılma izləri yoxdur. İnstaqram Facebook-a məxsusdur. Burada Zukerberq 30 şəkil dərc edib. 

Ekspertlərin zənnincə, Zukerberqin hesablarının sındırılması 2012-ci ildə Linkedİn şəbəkəsindən parolların sızması ilə bağlıdır. 

Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR