“Mançester Siti”nin oyunu Əliyar Ağayevə tapşırıldı

“Mançester Siti”nin oyunu Əliyar Ağayevə tapşırıldı
  • İDMAN

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Aktual.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turu çərçivəsində dekabrın 13-də keçiriləcək "Srvena Svezda” (Serbiya) – "Mançester Siti” (İngiltərə) oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Ona FİFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Alpər Ulusoy (Türkiyə), AVAR isə Abdulqadir Bitigen (Türkiyə) olacaq.
Xəbər 142 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR