Makron Ukraynaya dəstəyə görə Starmeri "Fəxri Legion" ordeni ilə təltif edib

Makron Ukraynaya dəstəyə görə Starmeri

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Kir Starmeri Avropanın təhlükəsizliyinə verdiyi töhfəyə və Ukraynaya göstərdiyi dəstəyə görə "Fəxri Legion" ordeni ilə təltif edib.
Aktual.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Məlumata görə, Böyük Britaniya hökumətinin vəzifədən gedən rəhbəri Fransanın ən ali dövlət mükafatına həm də Kiyevə yardım göstərilməsi üzrə "istəklilər koalisiyası"nı təsis etdiyinə görə layiq görülüb.
Makron Starmerə şəxsi liderliyinə, Avropanın və Ukraynanın təhlükəsizliyinə, eləcə də Fransa-Böyük Britaniya ikitərəfli münasibətlərinə sadiqliyinə görə təşəkkür edib.
Qeyd olunub ki, Starmer bu mükafata layiq görülən ilk vəzifədə olan Böyük Britaniya Baş naziridir.
Xəbər 99 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR