Ölkənin ən zəngin qadın müğənnisi - FOTOLAR

Ölkənin ən zəngin qadın müğənnisi - FOTOLAR

Birləşmiş Krallığın ən zəngin qadın musiqiçisi Adel olub.


Publika.az xarici mətbuata istinadən xəbər verir ki,"Sunday Times” qəzeti İngiltərinin ən zəngin musiqiçilərinin siyahısını hazırlayıb. Reytinqdə 29 yaşlı müğənni Adel 125 milyon sterlinlik sərvətilə İngiltərinin ən zəngin musiqiçisi seçilib. İfaçının 40 milyon funt-sterlinq sərvətinin bir il ərzində artaraq 125 milyon funt-sterlinqə yüksəldiyi məlum olub.

Ölkənin ən zəngin kişi musiqiçisi Pol Makkartni olub. Onun həyat yoldaşı ilə birgə sərvəti son bir ildə təxminən 20 milyon funt-sterlinq artaraq 780 milyona yüksəlib.

İngilis musiqiçisi və bəstəkar Endryu Loyd Vebber 740 milyon sterlinq sərvəti ilə ikinci, dünya şöhrətli U2 qrupu isə 548 milyon sterlinq sərvəti ilə 3-cü sırada yerləşib.

 

Aktual.az

 

Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR