ÇL: “Qalatasaray” həlledici oyuna çıxır

ÇL: “Qalatasaray” həlledici oyuna çıxır
  • İDMAN

UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna bu gün start veriləcək.
Aktual.az xəbər verir ki, ilk gündə A, B, C və D qruplarında mübarizəyə yekun vurulacaq.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray” Danimarkada "Kopenhagen”in qonağı olacaq. İstanbul klubu növbəti mərhələyə vəsiqə qazanmaq üçün mütləq qalib gəlməlidir. Bu matçda mümkün bərabərlik və "Mançester Yunayted”in qələbəsi "Cim-Bom”un avrokuboklarla vidalaşmasına səbəb ola bilər.
Qeyd edək ki, bu qruplarda "Bavariya”, "Arsenal”, PSV, "Real”, "İnter” və "Zaltsbuq” növbəti mərhələyə vəsiqəni öncədən təmin ediblər.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
12 dekabr
A qrupu

00:00. "Mançester Yunayted” (İngiltərə) – "Bavariya” (Almaniya)
00:00. "Kopenhagen” (Danimarka) – "Qalatasaray” (Türkiyə)
Xal durumu: "Bavariya” – 13, "Kopenhagen” – 5, "Qalatasaray” – 5, "Mançester Yunayted” - 4.
B qrupu
21:45. "Lans” (Fransa) – "Sevilya” (İspaniya)
21:45. PSV (Niderland) – "Arsenal” (İngiltərə)
Xal durumu: "Arsenal” – 12, PSV – 8, "Lans” – 5, "Sevilya” - 2.
C qrupu
00:00. "Napoli” (İtaliya) – "Braqa” (Portuqaliya)
00:00. "Union” (Berlin, Almaniya) – "Real” (İspaniya)
Xal durumu: "Real” – 15, "Napoli” – 7, "Braqa” – 4, "Union” - 2.
D qrupu
00:00. "İnter” (İtaliya) – "Real Sosyedad” (İspaniya)
00:00. "Zaltsburq” (Avstriya) – "Benfika” (Portuqaliya)
Xal durumu: "Real Sosyedad” – 11, "İnter” – 11, "Zaltsburq” – 4, "Benfika” - 1.
Xəbər 176 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR