Kürəkən qayınatasını və həyat yoldaşını bıçaqladı - Bakıda

Kürəkən qayınatasını və həyat yoldaşını bıçaqladı   - Bakıda

Bakıda kürəkən qayınatasını və həyat yoldaşını bıçaqlayıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Bünyadzadə küçəsi ev 11, mənzil 23-də baş verib. 

Həmin ünvanda yaşayan 55 yaşlı İlqar Niyaz oğlu İsmayılov və qızı 22 yaşlı Nəsibə İsmayılova bıçaqlanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Qarın nahiyəsindən bıçaqlanan İ.İsmayılov əməliyyat olunub. N.İsmayılovanın vəziyyəti isə qənaətbəxşdir.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsinin (PB) əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb. 

Hüquq-mühafizə orqanlarına ifadə verən N.İsmayılova bildirib ki, onu və atasını həyat yoldaşı bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR