Kürdəmirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Kürdəmirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobillə "QAZel" markalı yük maşını toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 509 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR