Kürdə 18 yaşlı oğlan batıb

Kürdə 18 yaşlı oğlan batıb

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Nazırlı kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Röyal Rafiq oğlu Mirağazadə çayda çimərkən batıb. R.Miağazadə ilə birlikdə çayda çimən bir neçə həmyaşıdı onu çıxarmaq istəsələr də çayın axınının nisbətən sürətli olan hissəsində çimdikləri üçün gəncin həyatını xilas edə bilməyiblər. 
Onun axtarışları yerli sakinlər tərəfindən davam etdirilir.
Xəbər 211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR