Komandolar təlim keçir - VİDEO

Komandolar təlim keçir - VİDEO

2022-ci ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) bölmələrində təlim-məşqləri keçirilir.

Bu barədə Aktual.az-a Müdafiə Nazirliyindən bildirilib.

Praktiki məşqlərdə komandolar maneələri yüksək peşəkarlıqla dəf edərək kəşfiyyat cığırının açılması və şərti düşmənin məhv edilməsi tapşırıqlarını yerinə yetirirlər.

Komandoların fərdi bacarıqlarının, eləcə də atəş və taktiki hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir.
Xəbər 1167 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR