Klublarımız potensial rəqiblərini tanıyacaq

Klublarımız potensial rəqiblərini tanıyacaq

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Aktual.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək. Mərasimdə Azərbaycan təmsilçiləri "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də potensial rəqibləri müəyyənləşəcək.

"Qarabağ" II təsnifat mərhələsində İsrail təmsilçisi "Aşdod"la qarşılaşacaq. "Sumqayıt" Serbiya klubu "Çukariçki", "Keşlə" isə Rusiya təmsilçisi "Soçi" ilə qarşılaşacaq.

Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 5 - 12-də keçiriləcək.

1-ci qrupda yer alan "Keşlə" "Soçi"ni keçərsə aşağıdakı cütlüklərdən birinin qalibi ilə qarşılaşacaq.

"Arda” (Bolqarıstan) – "Hapoel” (Beyer-Şeva, İsrail)
"Dinamo” (Batumi, Gürcüstan) - BATE (Belarus)
"Partizan” (Serbiya) – "Dunayska Ştreda” (Slovakiya)
"Astana” (Qazaxıstan) – "Aris” (Yunanıstan)

5-ci qrupda səpələnməmişlər arasında yer alan Sumqayıtlılar "Çukariçki"ni keçərsə bu cütlüklərin qalibi ilə görüşmək şansı var. 

"Apollon” (Kipr) – "Jilina” (Slovakiya)
"Suduva” (Litva) – "Rakov” (Polşa)
"Hammarbü” (İsveç) – "Maribor” (Sloveniya) 
"Kopenhagen” (Danimarka) – "Torpedo-Belaz” (Belarus) 

6-cı qrupda səpələnmişlər sırasında olan "Qarabağ” (Azərbaycan) İsrail klubu "Aşdod”u mübarizədən kənarlaşdırsa aşağıdakı 4 cütlükdən birinin qalibi ilə qarşılaşacaq.

AEL (Kipr) – "Vlajnia” (Albaniya)
"Panevejis” (Litva) – "Voyvodina” (Serbiya)
"Poqon” (Polşa) – "Osiyek” (Xorvatiya)
"Spartak” (Trnava, Slovakiya) – "Sepsi” (Rumıniya)
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR