Klintonun namizədliyi təsdiqləndi

Klintonun namizədliyi təsdiqləndi

Hillari Klinton prezident postuna nominasiyanı təmin edib.

Ölkə.Az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, Hillari Klinton Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün kifayət sayda partiya nümayəndəsinin dəstəyini ala bilib.

Agentliyin məlumatına görə, Klinton 2383 səs toplayıb. Prezidentliyə potensial namizədlərin məhz bu qədər səs toplaması tələb olunur.

Klintonun Demokratlar Partiyasından əsas rəqibi Berni Sandersi 1569 nümayəndə dəstəkləyir. Beləliklə Klinton qalan bütün partiyadaxili seçkilərdə məğlub olsa belə Demokratlar Partiyasından prezidentliyə namizəd nominasiyasını qazanmış olacaq.

Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR