KİV: Tacikistanda Çinin gizli hərbi bazası fəaliyyət göstərir

KİV: Tacikistanda Çinin gizli hərbi bazası fəaliyyət göstərir
  • DÜNYA

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Murqab rayonunda artıq 3 ildir Çinin gizli hərbi bazası fəaliyyət göstərir.

"Report” xəbər verir ki, bunu "The Washington Post” yazıb.
Məqalə müəllifi Harri Şix Tacikistan-Əfqanıstan sərhədinə sonuncu ezamiyyəti zamanı həmin bazada olub. O, bazada xidmət edən çinli hərbçi ilə bazarda rastlaşdığını bildirib. Ma adlı hərbçi bildirib ki, onlar artıq 3-4 ildir Tacikistan ərazisində dislokasiya olunublar. 
Nə Tacikistan, nə də Çin rəsmilər hərbi baza barədə heç bir açıqlama verməyiblər. Hərbi müəssisə Çinin Nəzarət-Buraxılış Məntəqəsi, Əfqanıstanın Vaxon Buraxılış Məntəqəsi yaxınlığında, Tacikistanın Çinlə həmsərhəd Murqab rayonu ərazisində yerləşir.
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR