Kırşehirdə “Karabağ hikayeleri”nə böyük maraq

Kırşehirdə “Karabağ hikayeleri”nə  böyük maraq


Kırşehirdə “Karabağ hikayeleri” böyük maraqla qarşılanıb.

“Karabağ hikayeleri” Kırşehirdə böyük maraqla qarşılanıb. Millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasiminə Kırşehirdə çoxlu sayda ziyalılar, müəllimlər, KİV və QHT təmsilçiləri qatılıb. Təqdimat və imzalanma mərasimində iştirak edən ziyalılar və gənclər Qarabağ mövzusu ilə bağlı kitabın Kırşehirdə təqdimat və imzalanmasının önəmi ilə bağlı fikirlərini bölüşüblər. Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirlərdə millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşar kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib. Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir deyən millət vəkili Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb. Q.Paşayeva və İmdat Avşar tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıblar və kitabları imzalayaraq tədbir iştirakçıları ilə geniş fikir mübadiləsi aparıblar. Qeyd edək ki, “Karabağ hikayeleri” kitabı iyirminci yüzildə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir. Kitabda Azərbaycanın bir çox tanınmış yazar, araşdırmaçı və jurnalistlərinin Qarabağla bağlı hekayələri yer alır. Kitab qardaş Türkiyədə artıq 2-ci başqı ilə nəşr edilib. Tədbirdə Mətanət A şirkətinin dəstəyi ilə hazırlanmış Qarabağ həqiqətləri ilə bağlı materiallar da tədbir iştirakçılarına hədiyyə edilib.

Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR