Keysuke Honda "Neftçi"dən getdi

Keysuke Honda

"Neftçi” klubu ulduz futbolçusu Keysuke Honda ilə rəsmən yollarını ayırıb.

Aktual.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçinin baş çatan müqaviləsi yenilənməyin.

"Ağ-qaralar" yaponiyalı oyunçuya göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, bu ilin martında "Neftçi"yə keçən Keysuke Honda 7 oyunda 2 qol vurub.
Xəbər 290 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR