Kerri: ABŞ Suriyada rejimin dəyişməsinə cəhd etmir

Kerri: ABŞ Suriyada rejimin dəyişməsinə cəhd etmir
  • DÜNYA

ABŞ və tərəfdaşlarının bu gün Suriyada rejimi dəyişmək niyyəti yoxdur.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri deyib.

“ABŞ və tərəfdaşları bu gün Suriyada rejimin dəyişməsinə cəhd etmirlər. Biz bildirmişik ki, Əsədin gələcəkdə lider olmaq imkanı yoxdur, lakin bu gün biz diqqətinizi aramızda olan fikir ayrılıqlarına yönəltmirik”, deyə Kerri Rusiya prezidenti Vladimir Putin və həmkarı Sergey Lavrovla görüşündən sonra bildirib.

O qeyd edib ki, danışıqlar zamanı əsas diqqət Suriya xalqına ölkəsinin gələcəyini özü müəyyən etməsinə imkan yaradacaq siyasi prosesə yönəlib.

Xəbər 226 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR