Kəlbəcərə yol çəkilir

Kəlbəcərə yol çəkilir

Tərtərin mərkəzindən Şıxarxa gedən avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün tədbirlər görülür.

Aktual.az Kəpəz TV-yə  (Region TV) istinadən  xəbər verir ki, cəbhə kəndinə aparan yol yenidən qurulur. 

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin 58 saylı Xocalı Yol İstismar İdarəsinin kollektivi Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx kəndi ərazisində keçən hissəsinin əsaslını təmirini davam etdirir. Artıq yolun 1,5 kilometri müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilib. Tərtər-Kəlbəcər avtomobil yolunun bu hissəsi kəndlə Tərtər rayonunun mərkəzini birləşdirir. 

Məzahir Səlimov - 58 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi: "Bizim gələcək perspektiv planlarımızda Goranboy-Ağcakənd istiqamətində yarımçıq qalan 8 kilometr hissənin təmirinə başlanacaq. Allah qismət etsin, biz bu yolumuzu Kəlbəcərə qədər çəkək. Xalqımız da bu yoldan rahatlıqla istifadə etsin". 

Yolun müasir tələblər səviyyəsində yenidən qurulması sakinlər tərəfindən razılıqla qarşılanır. Əsaslı şəkildə yenilənən yol bölgədə infrastruktur layihələrinin icrasına da şərait yaradacaq. 

Telman Məmmədov - sakin: "Bu yollarımız çox pis vəziyyətdə idi. İndi şükürlər olsun ki, yolumuz təmir olunur. Yolun bu vəziyyətində kələ-kötürlü yerlərdə neçə dəfə qəza olub. Amma indi yolumuz çox yaxşıdır". 

Təmir işləri zamanı yolun üzərində olan su keçidləri yenilənib. Əsaslı təmir işlərini qısa vaxt ərzində başa çatdırmaq üçün kifayət qədər işçi qüvvəsi və texnika ayrılıb. Asfalt işləri yekunlaşdıqdan sonra yol nişanları quraşdırılacaq, piyada keçidləri üçün zolaqlar salınacaq.

Xəbər 612 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR