Kameraya gündə bir dəfə düşə bilərsiniz

Kameraya gündə bir dəfə düşə bilərsiniz

Kəmər bağlamayan sürücülərin addımbaşı cərimələnə bilməsi məsələsinə aydınlıq gətirilib.

Aktual.az Azvission.az-a istinadən xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Yeni İnzibati Xətalar Məcəlləsində sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə, elektron protokol (MMX protokol) tərtib olunması nəzərdə tutulur.

Ortaya sual çıxır ki, sürücü hər kamera qarşısından keçəndə, protokol yazılacaqmı?

Ekspertin sözlərinə görə, yeni dəyişikliyə əsasən, eyni sürücüyə kəmərlə bağlı bir gündə yalnız bir elektron protokol tərtib edilə bilər:

“Amma həmin sürücüyə DYP əməkdaşı yerində saxlamaqla kəmərə görə məhdudiyyətsiz sayda protokol (cərimə) yaza bilər. Bu dəyişikliyi bəyənmirəm. Kəmər həmişə bağlı olmalıdır. Kəməri bağlamayan sürücünü isə hər addımda cərimələmək lazımdır”.

Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR