Kadırov Məhəmməd Əlinin xatirəsini əbədiləşdirdi

Kadırov Məhəmməd Əlinin xatirəsini əbədiləşdirdi

Çeçenistanın paytaxtı Qroznı şəhərində Məhəmməd Əlinin adına boks zalı tikiləcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu Çeçenistanın rəhbərinin səlahiyyətlərini icra edən Ramzan Kadırov özünün "Vkontakte" səhifəsində yazıb.

O həmçinin qeyd edib ki, şəhərdə küçələrin biri dahi boksçunun şərəfinə adlandırılacaq.

"Məhəmmədlə bir yerdə mənim uşaqlıq arzum da getdi. Həmişə istəyirdim ki, o, Çeçenistana gəlsin, mən də, boksu sevən bir oğlan, onun əlini sıxa bilim. Məhəmmədin sayəsində mən boksçu oldum, minlərlə oğlanlara boksla məşğul olmaq üçün şərait yaratdım", - deyə Kadırov bildirib.

Xəbər 506 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR