Jirinovski “Böyük Ermənistan” yaratmağa çağırdı

Jirinovski “Böyük Ermənistan” yaratmağa çağırdı
  • DÜNYA

“Ermənilər türklərə nifrət edirlər”.

Türkiyə məsələsini həll etmək lazımdır. Özü də bunu başqalarının əli ilə etmək lazımdır. Ermənilər türklərə nifrət edir. Əgər biz ermənilərə onların qərb vilayətlərini azad etməyə icazə versək, onlar bunu məmnuniyyətlə edəcəklər.

Ermənilər bunu 1918-ci ildə də edərdilər. Lakin Moskva o zaman ermənilərə kömək etmədi. Rusiya o zaman Türkiyənin tərəfinə keçdi.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu bəyanatla RLDP lideri Vladimir Jirinovski “Rossiya-1” telekanalının efirində (“Vladimir Solovyovla bu axşam”) yayımlanan teledebat zamanı çıxış edib.

“Kürdlər bizdən kömək gözləyir. Əgər biz kürdlərə onların müstəqilliyini tanıyacağımızı desək, Şərqi Anadolu da Türkiyənin əlindən çıxacaq.

Kürdlərin sayı isə az deyil. 20 milyon nəfərdirlər. Onların artıq paytaxtı da bəllidir. Bu, Diyarbəkir şəhəridir. Əgər bunları etsək, biz son nəticədə müstəqil Kürdistan və “Böyük Ermənistan” qazanmış olacağıq” - deyə V.Jirinovski bildirib.

Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR