İtkinlərlə bağlı "Qaynar xətt"ə 1 dəqiqədə 5 müraciət daxil olur

İtkinlərlə bağlı

"Dünəndən etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsi bölgədədir və araşdırmalar davam etdirilir".

Aktual.az bildirir ki, bu haqda modern.az-ın sorğusuna cavab olaraq Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə iş üzrə Dövlət Komissiyasının İşçi Qrupunun adının açıqlanmasını istəməyən üzvü bildirilib. O qeyd edib ki, hər bir itkinlə bağlı məlumat ilkin olaraq yaxınlarına, daha sonra ictimaiyyətə açıqlanacaq:

"Dünəndən etibarən "qaynar xətt" yaradılıb. Hazırda araşdırmalar gedir. Hansısa mətbuat orqanında yazılan rəqəmlərə istinad etmək doğru deyil. Yalnız və yalnız Komissiyanın məlumatlarına əsaslanmaq lazımdır. Yazılan əsassız informasiya insanların əlavə narahatlığına səbəb olur".

Qurum rəsmisi hazırda Komissiyaya daxil olan kifayət qədər informasiya olduğunu vurğulayıb: "Amma biz onları dəqiqləşdirmədən ictimaiyyətə açıqlaya bilmərik. Çünki dəqiqləşməmiş, artıq söz narahatlıq və problem yarada bilər. İtkinlərin sayı hazırda 5, yaxud 10-dur, bu barədə konkret məlumat verə bilməyəcəyik. Çünki hazırda araşdırmalar davam edir və yekun nəticə, fakt yoxdur".

O, həmçinin çox sayda itkin yaxınlarının yaradılan "qaynar xətt"ə müraciət etdiyini deyib:

""Qaynar xətt" yaradılandan valideynlər, yaxınlar tərəfindən itkinlərlə bağlı hər 1 dəqiqədə ən azı 5 zəng daxil olur. Müraciətlər də daxil olmağa davam etdiyindən konkret say açıqlaya bilmirik. Hər bir itkinlə bağlı məlumat dəqiqləşdikdən sonra açıqlama veriləcək".

Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR