İstanbul və Bursada reyslər təxirə salındı

İstanbul və Bursada reyslər təxirə salındı
  • DÜNYA

İstanbulda yenə dəniz reysləri təxirə salınıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi belə bir qərarın qəbul edilməsini hazırda İstanbulda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqələndirib.
Qeyd edək ki, bu gün İstanbulda yağışla müşayiət olunan güclü külək əsir. Sinoptiklərin proqnozlarına görə, qeyri-sabit hava şəraiti İstanbul akvatoriyasında hələ təxminən 10 gün davam edəcək.
İdarədən verilən məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar Bursada da dəniz reysləri təxirə salınıb.

Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi tərəfindən verilən məlumatda həmçinin qeyd edilir ki, dəniz reyslərinin təxirə salınması ilə əlaqədar "Marmaray" tuneli gücləndirilmiş iş rejiminə keçib.
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR