İsraildə uşaqlar da həbs olunacaq

İsraildə uşaqlar da həbs olunacaq
  • DÜNYA

İsrail parlamenti qətldə və digər ağır cinayətlərdə ittiham edilən və yaşı 14-dən aşağı olan uşaqlara həbsxana cəzasını nəzərdə tutan qanunu qəbul edib.

Aktual.az  bildirir ki, bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Knessetin mətbuat xidmətindən bildiriblər ki, bu təşəbbüs keçən ilin payızında Fələstin tərəfindən çoxsaylı hücümlara reaksiya kimi qəbul edilib. Bu hadisələrdə 40 nəfər həlak olub və yüzlərlə insan yaralanıb. Dəfələrlə belə hücümlar yeniyetmələr tərəfindən həyata keçirilib.

Yeni qanuna əsasən, məhkəmələr 14 yaşa çatmayan uşaqlara həbsxana cəzasını nəzərdə tutan qərarları verə biləcək. Amma uşaqlar cəzalarını 14 yaşa çatdıqdan sonra çəkəcəklər. 14 yaşa qədər olan uşaqlar isə qapalı tipli internatlarda saxlanılacaqlar.

Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR