İslamiadanın idmançı və ulduz səfirləri açıqlanıb - SİYAHI

İslamiadanın idmançı və ulduz səfirləri açıqlanıb - SİYAHI
  • İDMAN

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri açıqlanıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, onları Oyunların Əməliyyat Komitəsi bir araya gətirib.

Ulduz səfirlər müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və "Muğam müsabiqəsi-2011"in qalibi Mirələm Mirələmovdur.
İdmançı səfirlər olaraq Azərbaycanı Rəsul Çunayev (yunan-Roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvondo), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks), Elmar Qasımov (cüdo), Nazim Babayev (atletika) və Aynur Rzayeva (boks) təmsil edəcəklər.

Təqdimat mərasimi "Qrassroots" proqramı çərçivəsində baş tutub. Proqrama yerli atletlərlə yanaşı, əcnəbi idmançılar da qoşulublar. Hələlik onların təsdiqlənmiş sayı 16-dır.

Qeyd edək ki, idmançı və ulduz səfirlər Oyunların təbliği işlərində daha aktiv fəaliyyət göstərəcəklər, bununla yanaşı, geriyə sayım tədbirlərində iştirak edəcək, müxtəlif sosial əhəmiyyətli kampaniyaları dəstəkləyəcək və öz sosial media kanallarından istifadə etməklə, pərəstişkarlar arasında İslamiadanın təbliğinə dəstəyi təmin edəcəklər.
 
Aktual.az 
Xəbər 627 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR