İŞİD-in əli məşhur kurorta da çatdı

İŞİD-in əli məşhur kurorta da çatdı
  • DÜNYA

Hindistan xüsusi təyinatlıları ölkənin cənubundakı Qoa ştatında əcnəbilərə hücum etməyə hazırlaşan, o cümlədən mərkəzdəki Maharaştra ştatında terror aktları planlaşdıran İŞİD terror qruplaşmasının yaraqlılarını ələ keçirib.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Milli İstintaq Agentliyinin nümayəndəsi məlumat verib.

"Maharashtradakı terrorizmlə mübarizə üzrə xüsusi təyinatlı dəstə İŞİD-in Hindistandakı qanadının rəhbərinin kimliyini müəyyən edərək onlara silsilə terror aktları törətməyə qoymayıb. Əməliyyat məlumatlarına görə, terror qruplaşmasının üzvləri Qoa ştatında əcnəbilərə qarşı bir neçə hücum planlaşdırıb. Eyni zamanda Maharaştra ştatının böyük şəhərlərində - Mumbai və Punedə də terror aktlarına hazırlıq görülüb", - deyə o bildirib.

Eyni zamanda İŞİD-in Hindistandakı qanadının rəhbərlərinin adları da açıqlanıb. Məlumata görə, Hindistandakı İŞİD yaraqlılarına Muddabir Şeyx başçılıq edir, Xalid Əhməd Əli Navazuddin isə onun müavinidir. Gənclərin cəlbolunması işinə Şəfi Armar nəzarət edir. İndi onların hamısı axtarışdadır.

Xəbər 441 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR