İrəvan təsdiqlədi: Rusiyadan qayıdanlar orduya göndərilir

İrəvan təsdiqlədi: Rusiyadan qayıdanlar orduya göndərilir

Ermənistan Müdafiə Nazirliyi bu günlərdə ölkəyə qayıdan vətəndaşlara 25 günlük hərbi təlimdə iştirak etmək üçün çağırış vərəqələri göndərildiyi barədə faktı təsdiqləyib.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, çağırışlar əsasən Rusiyadan qayıdan ermənilərə aiddir:
"Hərbi Polis qanunla ona verilən səlahiyyətlər çərçivəsində Ermənistan Respublikasının sərhəd məntəqələri də daxil olmaqla, öz vəzifələrinin yerinə yetirilməsini təmin etmək məqsədilə hərbi xidmətə cəlb olunmuş vətəndaşların qeydiyyatı, onların məcburi hərbi xidmətə çağırılması və ehtiyatda olanların təlim fəaliyyətlərinə cəlb edilməsi prosesində hərbi komissarlıqlara dəstək göstərməyə yönəlmiş xidmət həyata keçirir”.
Qeyd edək ki, erməni bloger Natali Aleksanyan rüşvət müqabilində səs vermək üçün Rusiyadan Ermənistana gələnlərin bəzilərinin erməni hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqlarını, bəzilərinin isə 25 günlük təlim düşərgələrinə göndərildiklərini yazmışdı.
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR