İranın bu universitetində dərslər dayandırıldı

İranın bu universitetində dərslər dayandırıldı

Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının tətbiqinin sərtləşdirilməsinə etiraz olaraq dərsləri tətil ediblər.
Aktual.az xəbər verir ki, bu barədə universitet tələbələrinin sosial media hesabında paylaşım edilib.
Məlumata görə, aprelin 21-dən başlayaraq, kompüter mühəndisliyi, energetika, sənaye, toxuculuq və riyaziyyat fakültələrində dərslər dayandırılıb.
Tətil 200 tələbənin məcburi hicab qaydalarını pozduqları bəhanəsi ilə universitetə buraxılmamasından sonra başlayıb.
Xəbər 86 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR