İrandan növbəti provokasiya: Uçuş təxirə salındı

İrandan növbəti provokasiya: Uçuş təxirə salındı

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya gətirilir.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, şəhid Orxan Əsgərovun cənazəsi də ölkəyə gətirilir.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
***
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb.
Məlumata görə, buna səbəb isə İran tərəfi tələbi olub.
Xəbər 202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR