İranda terrorçunu zərərsizləşdirən şəxsin ailəsi danışdı - VİDEO

İranda terrorçunu zərərsizləşdirən şəxsin ailəsi danışdı - VİDEO

Bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində yaralanan Vasif Natiq oğlu Tağıyevin atası danışıb.
O bildirib ki, sözügedən hadisədən ilk öncə onun xəbəri olub:

"Telefonla danışanda kədərlənərək Orxan müəllimi itirdik dedi. Epizodu izləyəndə yarım saat şokdan ayıla bilmədim”.
Vasifin anası Təranə Tağıyeva övladının cəsarətli addımını təqdir etməklə yanaşı, kifayət qədər narahat qaldıqlarını da deyib:
"Vasiflə fəxr edirəm. Səhər oğlumla danışdıq yaxşı idi. Daha sonra atasına zəng vuraraq, xəbəri mediada görsək narahat olmayaq deyə bizə yaxşı olduğunu bildirdi”.
Qeyd edək ki, Vasif Tağıyev əliyalın olmasına baxmayaraq, silahlı terrorçunu zərərsizləşdirən və terror aktı zamanı daha çox insanın xəsarət almasına mane ola bilib. Nəticədə özü avtomat qundağı zərbəsindən və şüşə qırıntısından xəsarət alıb.
Daha ətraflı Baku TV-nin süjetində:


Xəbər 195 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR