İran Rusiya tanklarından imtina etdi

İran Rusiya tanklarından imtina etdi
  • DÜNYA

Tehran Rusiyadan T-90 tanklarını almayacaq.


Aktual.az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında İranın Quru Qoşunlarının komandanı Əhməd Rza Purdastan söyləyib. Onun sözlərinə görə, İran öz imkanlarını nəzərə alaraq T-90-ların alışını gündəlikdən çıxarıb. O, İranın özünün tank istehsal etmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, bir müddət öncə məhz Purdastan T-90 tanklarının Rusiyadan alınması üçün İranın bu ölkəyə öz ekspertlərini göndərəcəyini bəyan edib.

Xəbər 334 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR