İran prezidenti: "Terror aktının bütün səbəbkarları cəzalandırılacaq"

İran prezidenti:
  • DÜNYA

Ötən gecə İranın cənub-qərbində yerləşən Sistan və Bəluçistan vilayətində baş verən terror aktının bütün səbəbkarları cəzalandırılacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani öz müraciətində bildirib.
Həsən Ruhani terror aktı ilə bağlı İran xalqı, xüsusilə də həlak olanların ailələrinə başsağlığı verib.
Qeyd edək ki, ötən gecə İranın Sistan və Bəluçistan vilayətində Xaş-Zahidan avtomagistralında İran İslam İnqilabı Keşikçilər Korpusunun Sepah hərbçilərini daşıyan avtobusun kənarında partlayıcı maddələrlə dolu avtomobil partladılıb. Nəticədə 27 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Hadisə ilə bağlı İranın Sistan və Bəluçistan vilayətində 3 gün matəm elan olunub.
Ceyşül-Ədl qruplaşması hadisənin məsuliyyətini üzərinə götürüb.


Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR