İran ilk dəfə bu ölkəyə neft satdı

İran ilk dəfə bu ölkəyə neft satdı
  • DÜNYA

İran ilk dəfə Tacikistana neft məhsullarının tədarükünə başlayıb.

Aktual.az xəbər verir ki, bu barədə AzVision.az İranın “Shana” agentliyinə istinadən xəbər verir.

Tacikistana neft məhsullarının satışına başlanması barədə məlumatı İranın Milli Neft Şirkətinin (National Iranian Oil Products Distribution Company (NIOPDC))rəhbəri Məhəmməd Mehdi Qorəyya verib.

Onun sözlərinə görə, tərəflər neft tədarükünə dair razılıq əldə ediblər. Artıq İran Tacikistana 2,9 milyon barel neft satıb.

İlk neft məhsulları partiyası iki həftə əvvəl Tacikistana çatdırılıb və bu tədarükün gələcəkdə artırılması planlaşdırılır.

Xəbər 333 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR