İnsan dərisindən paltar tikiləcək — modanın yeni trendi

İnsan dərisindən paltar tikiləcək   — modanın yeni trendi

Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Böyük Britaniyadan olan dizayner Tina Qoryank qeyri-adi layihəni reallaşdırmağa hazırlaşır.

O, həmkarı mərhum dizayner Aleksandr Makkuinin dərisindən paltarlar, ayaqqabılar və əl çantaları hazırlayacaq. Bunun üçün Tina Makkuinin 2010-cu ildə öz kolleksiyasında istifadə etdiyi saçlarından DNK nümunələri götürəcək və mərhum dizaynerin dərisinin klonunu yaradacaq. Daha sonra süni dəridən paltarlar hazırlanacaq.

O, bu fəaliyyəti ilə həmişə qeyri-adi yaradıcılıq üslubu ilə fərqlənən Makkuini yaşatmağa çalışdığını bildirir.

Aleksandr Makkuin moda dünyasında əcaib formalı ayaqqabılar və paltarlarla yenilik edirdi. O, 2010-cu ildə öz evində asılmış vəziyyətdə tapılıb.

Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR