İngiltərənin futbol yığması rekorda imza atıb

İngiltərənin futbol yığması rekorda imza atıb
  • İDMAN

İngiltərənin futbol üzrə yığması yoldaşlıq görüşündə Şotlandiya millisini məğlub edib.
Aktual.az xəbər verir ki, görüş 3:1 hesabı ilə başa çatıb. İngilislər arasında "Mançester Siti"nin müdafiəçisi Kayl Uoker, "Real"ın futbolçusu Cud Bellinqhem və Münhen "Bavariya"sından Harri Keyn rəqib qapısına dəqiq zərbələr vurub. "Mançester Yunayted”in şərəfini qoruyan ingilis futbolçu Harri Maquayr topu öz qapısına göndərib.
İngiltərə yığması 600 qələbə ilə rekorda imza atıb. Bu, Avropa milli komandaları arasında rekord göstəricidir.
Sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İngiltərə Ukrayna ilə heç-heçə oynayıb. Komandalar görüşü 1:1 hesabı ilə başa vurub. Ukrayna yığmasının heyətində "Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenko fərqlənib.
İngiltərə AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu oktyabrın 17-də İtaliya yığmasına qarşı keçirəcək. Bu görüş AVRO-2020 finalının təkrarı olacaq. Həmin dövrdə oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatmışdı, penaltilər seriyasında italyanlar daha dəqiq olmuşdu.

Xəbər 199 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR